DÜNYA

19 Avqust

Azərbaycanın TDT üzv ölkələri ilə ticarət dövriyyəsi 4,23 milyard dollara çatdı

Finss.az - 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanın Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrlə – Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan – xarici ticarət dövriyyəsi 4 milyard 227,6 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,3% artım deməkdir.

Dövr ərzində TDT üzv ölkələrlə ticarət Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 14,7%-i səviyyəsində olub.

Ticarət dövriyyəsinin ölkələr üzrə payı:

  • Türkiyə: 3 milyard 384 milyon ABŞ dolları (illik 6,5% azalma) – ümumi ticarətdə 11,7% pay

  • Qazaxıstan: 517,2 milyon ABŞ dolları (illik 3,8 dəfə artım) – 1,8% pay

  • Özbəkistan: 268,9 milyon ABŞ dolları (illik 2,3 dəfə artım) – 0,9% pay

  • Qırğızıstan: 57,7 milyon ABŞ dolları (illik 2 dəfə artım) – 0,4% pay

İxrac göstəriciləri:

  • Türkiyə: 2 milyard 9 milyon ABŞ dolları (illik 13,7% artım) – ümumi ixracın 13,2%-i

  • Qazaxıstan: 60 milyon ABŞ dolları (illik 53,3% artım) – 0,4%

  • Özbəkistan: 35,4 milyon ABŞ dolları (illik 90,2% artım) – 0,2%

  • Qırğızıstan: 7,5 milyon ABŞ dolları (illik 67,6% artım) – 0,05%

İdxal göstəriciləri:

  • Türkiyə: 1 milyard 374,9 milyon ABŞ dolları (illik 6,5% artım) – ümumi idxalın 10,1%-i

  • Qazaxıstan: 457,1 milyon ABŞ dolları (illik 4,7 dəfə artım) – 3,4%

  • Özbəkistan: 233,5 milyon ABŞ dolları (illik 2,3 dəfə artım) – 1,7%

  • Qırğızıstan: 50 milyon ABŞ dolları (illik 9,6 dəfə artım) – 0,4%

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, TDT üzv ölkələrlə ticarət əlaqələrinin genişlənməsi Azərbaycanın regional iqtisadi inteqrasiyada rolunu gücləndirir.